BAKI, 5 may. TELEQRAF

Son dövrlər müşahidə edilən hava şəraiti, yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, yağışların düşdüyü dönəmdə çiçək açan meyvə ağaclarına müəyyən mənfi təsirlər ola bilər:

“Ümumilikdə, ölkə ərazisində kənd təsərrüfatı üçün müsbət hava müşahidə olunur”.