BAKI, 3 aprel. TELEQRAF

Qazaxıstanın Akmola vilayətində Rusiya və Belarusla birgə taxılyığan kombaynlar üçün kabinlərin istehsalı müəssisəsi yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində Rusiya və Belarus istehsalçıları müəssisəni lazımi avadanlıq və komplektləşdirici hissələrlə təmin edəcəklər.

Avrasiya İqtisadi Komissiyasından (AİK) qeyd edilib ki, hazırda sənaye sahəsində 15 kooperasiya layihəsinə baxılır və onlardan artıq 5-i təsdiqlənib.

Təsdiqlənmiş layihələrdən biri birbaşa Qazaxıstanın təşəbbüsüdür, digər iki layihədə isə ölkə tərəfdaş qismində iştirak edir.