BAKI, 16 oktyabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və qırğızıstanlı həmkarı Sadır Japarov COP17 çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Vaaqn Xaçaturyan və Sadır Japarov iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
S.Japarov erməni həmkarını Qırğızıstana rəsmi səfərə dəvət edib.