BAKI, 2 oktyabr. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda Özbəkistanın da iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” üçtərəfli hərbi təlimləri ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda hərbi manevrlərin uğurla keçirildiyi bildirilib.
“Birlikdə başladıq, birlikdə güclənərək tamamladıq.
“Birliyin Gücü-2026” təlimi yüksək koordinasiya, güclü əməkdaşlıq və tam uyğunluq şəraitində uğurla başa çatdı. Birliyimiz gücümüz, qardaşlığımız daim olsun”, - Türkiyə MN vurğulayıb.