BAKI, 2 oktyabr. TELEQRAF

"SÜSƏN AQRO" MMC bitki istehsalçısı nizamnamə kapitalını 5 milyon 269 min 500 manat və ya 52.7% azaldaraq 4 milyon 730 min 600 manata endirib.

Teleqraf xəbər verir ki, bu barədə MMC elan edib.

Bundan əvvəl şirkətin nizamnamə kapitalı 10 milyon 100 manata bərabər olub.

Qeyd edək ki, “Süsən Aqro” 2011-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ramil Məmmədovdur.

Şirkət Ağsu rayonunda dənli bitkilərin yetişdirilməsi və taxıl toxumçuluğu fəaliyyəti ilə məşğuldur. 2000 hektardan çox sahəsi mövcuddur.