BAKI, 30 sentyabr. TELEQRAF
Yaxın Şərq ölkələrindən neft tədarükü demək olar ki, tam bərpa olunub. Belə ki, neft tədarükü ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəlki həcmin 98%-nə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-nin “JPMorgan” bankının məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, neft tədarükü sutkada 17,5 milyon barelə qədər bərpa olunub. Bununla yanaşı, regiondan neft məhsulları tədarükü sutkada 3 milyon barel təşkil edir ki, bu da müharibədən əvvəlki göstəricinin 58%-nə bərabərdir.
“JPMorgan”ın mütəxəssisləri qeyd ediblər ki, Hörmüz boğazı vasitəsilə neft tədarükü də demək olar ki, sutkada 13 milyon barel səviyyəsinə qayıdıb.