BAKI, 2 oktyabr. TELEQRAF
Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.