BAKI, 20 avqust. TELEQRAF

Şimali Koreya Hərbi Hava Qüvvələri növü ballistik olduğu ehtimal edilən raket atıb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Xidməti məlumat yayıb.

Sursatın Yapon dənizinə düşdüyü güman edilir.

Sahil Mühafizə Xidməti bölgədəki gəmiləri raket qalıqlarından uzaq durmağa və belə hallarla qarşılaşdıqları təqdirdə dərhal Yaponiya hökuməti ilə əlaqə saxlamağa çağırıb. Bölgədəki gəmilərə hansısa zərərin dəyməsi barədə məlumat verilməyib.