BAKI, 20 avqust. TELEQRAF

Azərbaycan Mərkəzi Afrika Respublikasında çoxsaylı insan tələfatı və xəsarətlərlə nəticələnən qızıl mədəni qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Mərkəzi Afrika Respublikasında çoxsaylı insan tələfatına və xəsarətlərə səbəb olan faciəvi qızıl mədəni qəzası xəbəri bizi dərin kədərləndirdi.

Həlak olanların ailələrinə, Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün mümkün qədər tez təhlükəsiz yerə təxliyə olunmasını ümid edirik", — deyə paylaşımda qeyd olunub.