BAKI, 20 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə "Sumqayıt" klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.
Sözügedən turda baş tutan "Qarabağ" – "Şamaxı" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.