BAKI, 20 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin şimalında irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Ukrayna qüvvələri Xarkov vilayətinin şimalında irəliləyib. Avqustun 18-də yayımlanan geolokasiya görüntüləri Ukrayna ordusunun Xarkovun şimalında yerləşən Bilo Kolodyazın şimalına doğru irəlilədiyini göstərir”, - məlumatda bildirilib.