BAKI, 20 avqust. TELEQRAF

“İrana qarşı elan etdiyi iqtisadi müharibə ABŞ-nin daha böyük məğlubiyyəti ilə bitəcək”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Amerikanın problemi hər dəfə yanlış hesablamalar aparmasıdır. Bu hesablamaları ört-basdır etmək üçün isə daha böyük məğlubiyyətə zəmin yaradırlar. Hərbi müharibə nəticə vermədi, indi növbəti məğlubiyyətin adını iqtisadi müharibə qoyublar. İranın məğlubiyyət ərəfəsində olduğunu deyənlər də bütün müttəfiqlərindən kömək istəyirlər”, - o bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İrana qarşı iqtisadi müharibənin başladığını açıqlamışdı.