BAKI, 20 avqust. TELEQRAF
Ukraynanın işğal edilmiş Krım yarımadasında tammiqyaslı elektrik kəsintisi baş verib. 500 kV-luq “Taman” elektrik yarımstansiyasında yanğın baş verib, “Kafa” və “Maloreçenskaya” yarımstansiyalarının da zərər gördüyü bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Krımski Veter” məlumat yayıb.
“Krımda tammiqyaslı elektrik kəsintisi var, heç bir yerdə işıq yoxdur”, - məlumatda bildirilib.
Məlumata görə, məsələ Ukrayna ordusunun dron hücumu ilə əlaqəlidir. Gecə saatlarında sözügedən elektrik stansiyalarında partlayışların baş verdiyi qeyd olunub.