BAKI, 20 avqust. TELEQRAF
Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkiyənin Tbilisidəki səfiri Mustafa Türkerlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyası məlumat yayıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı birgə regional layihələrin icrası və ticari-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyi müzakirə olunub. Bu kontekstdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.