BAKI, 20 avqust. TELEQRAF

Premyer Liqa təmsilçilərindən “Çelsi” argentinalı yarımmüdafiəçisi Enzo Fernandeslə bağlı “Mançester Siti”yə şərtini bildirib.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, London klubu 25 yaşlı futbolçunu 164 milyon avroya satmağa hazırdır.

Fernandesin “Mançester Siti”yə keçməyə müsbət yanaşdığı bildirilir. Lakin argentinalı yarımmüdafiəçi transferin reallaşması üçün klubuna təzyiq göstərmək niyyətində deyil.

Məlumata görə, “şəhərlilər” isə Fernandes üçün rəsmi addım atmazdan əvvəl hazırkı heyətdəki futbolçulardan birini satmaq istəyir.

Qeyd edək ki, Enzo Fernandes ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.