BAKI, 20 avqust. TELEQRAF
“Sanksiyalar və təzyiqlər İran ətrafındakı vəziyyəti sabitləşdirməyə kömək etmir”.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sian ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi iqtisadi müharibəni şərh edərkən deyib.
“Sanksiyalar və təzyiqlər vəziyyətin sabitləşməsinə kömək etməyəcək. Çin müvafiq tərəfləri məsuliyyətli addımlar atmağa və məsələni siyasi-diplomatik yollarla həll etməyə çağırır”, - Çin diplomatı bildirib.