BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp danışıqlar qrupuna İranla razılaşma əldə etmək ehtimalının azaldığını bildirərək, Tehranla danışıqların bir neçə həftəlik dayandırılması barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” mənbələrə istinadla məlumat yayıb.
Tramp administrasiyası İranın Hörmüz boğazında gəmilərə qarşı hücumları yenidən başlatmaq planı, eləcə də daha genişmiqyaslı əməliyyatların keçirilməsi ilə bağlı məlumatlar əldə edib.
“Al-Arabiya”nın mənbələri həmçinin bildiriblər ki, Tramp komandasına İrana qarşı iqtisadi təzyiq siyasəti nəticə verməyəcəyi təqdirdə, genişmiqyaslı hücumların həyata keçirilməsi ehtimalının olduğunu bəyan edib.