BAKI, 20 avqust. TELEQRAF
İsrail hökuməti Qəzza zolağında beynəlxalq qüvvələrin yerləşdirilməsini təsdiqləməsi barədə məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazir Administrasiyası məlumat yayıb.
“Məlumatların əksinə olaraq, siyasi rəhbərlik beynəlxalq qüvvələrin Qəzza zolağında yerləşdirilməsini təsdiqləməyib”, - açıqlamada bildirilib.
Qeyd edilib ki, İsrail HƏMAS tamamilə tərksilah olunana qədər zolaqda heç bir yenidənqurma işlərinin aparılmayacağını açıq şəkildə bəyan edib.