BAKI, 12 avqust. TELEQRAF

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, Zaltsburqda keçiriləcək qarşılaşmada ötən mövsüm UEFA Çempionlar Liqasını qazanan "PSJ" ilə UEFA Avropa Liqasının qalibi “Aston Villa” qarşılaşacaq.

Matç Avstriyanın Zaltsburq şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı FIFA referisi, Somalini təmsil edən Omar Artan idarə edəcək.

Qeyd edək ki, "PSJ" UEFA Çempionlar Liqasının son qalibidir. "Aston Villa" isə 2025/2026 mövsümündə UEFA Avropa Liqasını qazanıb.