BAKI, 12 avqust. TELEQRAF

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Qırmızı dənizdə ticarət gəmisinə hücumunu pisləyib.

Teleqraf xəbər verir ki, hücum nəticəsində üç Pakistan vətəndaşı həlak olub.

“Bu cür hücumlar günahsız insanların həyatını təhlükə altına qoyur, bu, beynəlxalq hüququn pozulmasıdır və Qırmızı dənizdə naviqasiya azadlığı, dəniz təhlükəsizliyi və ticarət gəmilərinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”, - Dar bildirib.

Nazir əlavə edib ki, İslamabad hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün Səudiyyə Ərəbistanı və Yəmən hökumətləri ilə təmasdadır.