BAKI, 12 avqust. TELEQRAF
Böyük Britaniya Baş naziri Endi Börnem ölkədəki isti hava ilə əlaqədar Təhlükəsizlik Komitəsinin (COBRA) təcili iclasını çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Baş nazir ekstremal istilər, meşə yanğınları və quraqlığa qarşı tədbirlərin müzakirə olunacağı COBRA-nın iclasına sədrlik edəcək.
İclas bu gün günorta keçiriləcək.
Bu, Təhlükəsizlik Komitəsinin Endi Börnemin baş nazir təyin olunmasından sonra onun sədrliyi ilə keçiriləcək ilk iclası olacaq.
Böyük Britaniyada havanın temperaturunun 30°C və ya daha yüksək olduğu günlərin sayı son 30 ilin ən yüksək səviyyəsinə çatıb.