BAKI, 12 avqust. TELEQRAF

Bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.