BAKI, 11 avqust. TELEQRAF

Balıkçı şəhərində Rusiya və Qırğızıstan Silahlı Qüvvələrinin birgə “Mərkəz-2026” taktiki təlimləri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə 500-ə qədər hərbçi iştirak edir, 100-ə qədər silah və hərbi texnika, döyüş dronları və aviasiya vasitələri cəlb olunub.

Qeyd edilib ki, birgə taktiki təlim Qırğızıstan və Rusiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində avqustun 11-dən 17-dək keçirilir.