BAKI, 11 avqust. TELEQRAF
Latviya hüquq-mühafizə orqanları Belarus ərazisindən qazılmış və qanunsuz miqrantların ölkə ərazisinə keçməsinə imkan verən tunel aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Latviya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Sərhəd ərazisində bir qrup qanunsuz miqrant saxlanılıb. Sərhədin pozulması hallarının araşdırılması zamanı yeraltı tunel aşkar edilib”, - açıqlamada bildirilib.
Latviyada dövlət sərhədinin tunel vasitəsilə keçilməsi ilk dəfə qeydə alınıb. Litvada isə 2026-cı ilin mayından etibarən təxminən 10 belə tunel aşkar edilib.