BAKI, 10 avqust. TELEQRAF

2026-cı ilin yanvar - iyul aylarında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 33 milyard 881,1 milyon manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu göstərici cari ilin yanvar - iyul aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1%% artıb. 2026-cı ilin yanvar - iyun aylarında illik müqayisədə artım 9% təşkil edib.