BAKI, 11 avqust. TELEQRAF
İtaliya klublarından “Napoli”nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
Teleqraf “Sky Italia” nəşrinə istinadla xəbər verir ki, Neapol klubu belçikalı futbolçunun transferi ilə bağlı “Fənərbağça” ilə razılığa gəlib.
İstanbul təmsilçisi 33 yaşlı hücumçunun transferi üçün 6 milyon avro və bonuslar ödəyəcək.
Türkiyə klubu bu yay artıq Natan Ake, Vedat Muriqi və Meyson Qrinvudu heyətinə qatıb.
“Napoli” üçün isə belçikalı forvardın gedişi müsbət addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Romelu Lukaku son iki mövsümü “Napoli”də keçirib və bu müddətdə komanda ilə İtaliya çempionu olub.