BAKI, 10 avqust. TELEQRAF
Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 20 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar - iyul ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 20 milyon 16,3 min manat təşkil edib.