BAKI, 11 avqust. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Fred karyerasını ölkəsində davam etdirə bilər.
Teleqraf xəbər verir ki, 33 yaşlı futbolçu “Atletiko Mineyro” ilə şəxsi razılığa gəlib.
Bildirilir ki, “Fənərbağça”nın bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” klubuna qarşı keçirəcəyi görüş Fredin İstanbul təmsilçisinin heyətində son oyunu ola bilər.
Braziliyanın “Atletiko Mineyro” klubu Fred üçün transfer haqqı ödəmək istəmir.
Bu səbəbdən keçidin baş tutması üçün təcrübəli yarımmüdafiəçinin Türkiyə təmsilçisi “Fənərbağça” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verməsi gözlənilir.