BAKI, 10 avqust. TELEQRAF

Cari ilin avqustun 1-nə əhalinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2026-cı ilin yanvar - iyul aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən 9,8% artıb.

Orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib. 2026-cı ilin yanvar - iyul aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqları 7% artıb.