BAKI, 5 avqust. TELEQRAF
"Sumqayıt" braziliyalı futbolçu Lukas Blakı transfer edib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 26 yaşlı braziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur.
O, karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib.
Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən "Ferroviario"da forma geyinib.