XOCAVƏND, 5 avqust. TELEQRAF
Xocavəndə növbəti köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) doğma yurduna qovuşub.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
***
12:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç karvanı yola salınıb.
Xocavənd şəhərinə 20 ailədə 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailədə 9 nəfər, Xocavənd kəndinə isə 5 ailədə 17 nəfər köçürülüb.
Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.