BAKI, 4 avqust. TELEQRAF
2026-cı ilin ikinci yarısında qlobal neft tələbatı gündəlik 2 milyon barel artaraq 107,1 milyon barelə çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Saudi Aramco"nun rəhbəri Əmin Nasserin investorlarla konfrans zamanı bildirib:
"İlin birinci yarısında neftə olan tələbat gündəlik 105,1 milyon barrel təşkil edib. İlin ikinci yarısında bu rəqəm gündəlik 107,1 milyon barrelə yüksələ bilər. Karbohidrogenlərə olan tələbat sabit qalır. Neft təchizatının yaxşılaşması nəticəsində tələbatda artım gözlənilir. Bu da öz növbəsində neftə olan tələbatın yüksəlməsinə təkan verəcək. Bundan əlavə, ehtiyatların bərpası və anbarların doldurulması səbəbindən neftə əlavə tələbat yaranacağı proqnozlaşdırılır.
Səudiyyə şirkətinin rəhbərinin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft daşımalarının həcmi hazırda münaqişədən əvvəlki səviyyədən aşağıdır. O, həmçinin əlavə edib ki, neft ehtiyatlarının bərpası məqsədilə yaxın aylarda neftə olan qlobal tələbat gündəlik 2,1 milyon barel artacaq.