BAKI, 5 avqust. TELEQRAF

Türkiyənin “Trabzonspor” klubu Misir millisinin və İngiltərənin “Liverpul” komandasının sabiq futbolçusu Məhəmməd Salahın transfer olunduğunu açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu azad agent kimi Trabzon təmsilçisinə qoşulub.

Tərəflər arasında imzalanan müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Məhəmməd Salah karyerası ərzində “Bazel”, “Çelsi”, “Fiorentina”, “Roma” və “Liverpul”un formasını geyinib. O, Misir millisinin heyətində keçirdiyi 119 oyunda 66 qola imza atıb.

Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsinin müddəti bu ilin iyun ayında başa çatmışdı.