BAKI, 17 iyul. TELEQRAF
Ayaqqabılara aid bəzi detalların tarif dərəcəsi daha iki il müddətinə sabit saxlanılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Abbasov qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilərək ayaqqabı detallarına aid “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “30.06.2026-cı il” sözləri “31.07.2028-ci il” sözləri ilə əvəz edilib.