BAKI, 17 iyul. TELEQRAF

Nazirlər Kabineti valideyn, dövlət və özəl sektorun birgə maliyyələşməsinə əsaslanan məktəbəqədər təhsil modelinin tətbiqi qaydalarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

2026-cı il 19 iyun tarixli Prezident İlham Əliyevin Fərmanının icrasını təmin edən bu yeni qərar bağçaların maliyyə mexanizmində əməkdaşlığı tənzimləyir.