BAKI, 17 iyul. TELEQRAF
Bu gün Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, səhiyyə naziri Teymur Musayev, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
Bu il keçirilən müsabiqənin konsepti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Mərasimdə vurğulanıb ki, Azərbaycanın yüksəlişinin memarları - ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf yolu ölkəmizinmüasir və qüdrətli dövlətə çevrilməsinin əsasını təşkil edir.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı möhkəmdövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurladavam etdirilərək ölkənin hərtərəfli inkişafına, şəhər və rayonlarınmüasir simasının formalaşdırılmasına, milli memarlıq irsininqorunmasına və gələcək nəsillər üçün dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir. Finalçılar mərhələ ərzində “İdarəçi rollar modeli”nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər. Final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük xüsusi təlim proqramı təşkil olunub.
Təlimlərə ümumilikdə 58 ekspert cəlb edilib.
Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq və ölkənin yüksək idarəçilik potensialına malik növbəti istedadlı kadrları arasından altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşdiriləcək. Bununla da, altıncı “Yüksəliş” müsabiqəsinə yekun vurulacaq. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub.
Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.