AĞCABƏDİ, 17 iyul. TELEQRAF

İyulun 16-da, saat 14:30-da xəsarət alması səbəbilə iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospilitasiya olunub.

TƏBİB-dən Teleqraf-a verilən xəbərə görə, 1993-cü il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qadın döş qəfəsinin soltərəfli ön səthin kəsilib, deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda hər iki pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

15:23

Ağcabədi rayonunda ər və arvad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün günorta saatlarında rayonun Ağabəyli kəndində baş verib.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev ailə münaqişəsi zəminində əvvəlcə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla ağır xəsarətlər yetirib. O, daha sonra həmin kəsici alətlə özünə də xəsarət vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.