BAKI, 17 iyul. TELEQRAF

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkü atılıb.

Teleqraf xəbər verir ki, püşkatma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, eləcə də klubların rəsmiləri iştirak ediblər.

Püşkün nəticəsinə əsasən, Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından sayılan “Neftçi” – “Qarabağ” dueli VIII turda keçiriləcək. Ötən mövsümün çempionu “Sabah” ilə “Qarabağ” arasında baş tutacaq derbi də IX turda baş tutacaq.

I tur
“Turan Tovuz” – “Qəbələ”
“Şamaxı” – “Qarabağ”
“Kəpəz” – “Sabah”
“Sumqayıt” – “Neftçi”
“Araz-Naxçıvan” – “İmişli”
“Zirə” – “Şəfa”
Qeyd: Premyer Liqanın ilk 4 turunda işıqlandırma sistemi olmayan stadionu ev stadionu kimi sifariş etmiş klubların ev oyunlarında ev sahibi statusu avtomatik olaraq dəyişdirilir və qarşılaşmalar rəqib komandanın meydanında keçirilir. Buna müvafiq olaraq, ikinci dövrədə ev sahibi statusu əks qaydada tətbiq olunur və püşkatmanın ilkin balansı bərpa edilir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.