BAKI, 26 iyun. TELEQRAF

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Teleqraf xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı 26 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

***

2026.06.25 - 22:07

Sabah Azərbaycandan Ermənistana ümumi miqdarı 971.392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466.515 ton olan 8 vaqon dizel yanacağı göndəriləcək.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.