ŞUŞA, 13 iyun. TELEQRAF
Ötən il Azərbaycan ilə TDT-yə üzv ölkələri arasında ötən ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard ABŞ dolları olub.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türk Dövlətləri Təşkilatı ökələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, ölkələr arasında qarşılıqlı investisiyaların həyata keçirilməsi davam edir:
“1995-ci ildən 2025-ci ilə qədər Azərbaycanın türk dövlətləri ilə qarşılıqlı sərmayələrinin həcmi 40 milyard dollara yaxındır. Sərmayələri, investisiyaları təşviq etmək məqsədi ilə ümumi kapitalı 600 milyon dollar olan Türk İnvestisiya Fondu yaradılıb. Eyni zamanda, Azərbaycan Özbəkistan, Qırğısıztan və Qazaxıstan birgə investisiya fondları yaradıblar”.