BAKI, 12 iyun. TELEQRAF

2026-cı ilin ilk beş ayında Bakı Limanında quru yük aşırılması 77% artıb.

Teleqraf xəbər verir ki, hesabat dövründə limanda aşırılan quru yükün həcmi 950 min 203 ton təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz çoxdur.

Məlumata görə, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib.

Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu nəzərəçarpacaq dərəcədə artıb.

Qeyd olunub ki, mövcud bazar tendensiyaları və yükdaşıma planları nəzərə alınaraq, yaxın aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi gözlənilir.