BAKI, 1 may. TELEQRAF

Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi üçün 44 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Əsaslı Tikinti və Təchizat" MMC müsabiqə elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə 44 milyon 170 min 799,58 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 22-nə təyin olunub.