BAKI, 1 sentyabr. TELEQRAF
Fransa sentyabrın sonlarında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclas keçirməsini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Jerome Bonnafont ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyi təhvil alması münasibətilə keçirilən mətbuat konfransında məlumat verib.
"Biz, təbii ki, Ukrayna ilə bağlı iclasın keçirilməsini gözləyirik", - deyə qeyd edib.