BAKI, 30 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 2,8 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 87.8% azalma deməkdir. İdarə 2025-ci ilin yanvar-martında 23 milyon dollarlıq məhsul ixrac etmişdi.