BAKI, 30 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon ABŞ dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 66.4% azalma deməkdir. İdarə 2025-ci ilin yanvar-martında 105 milyon dollarlıq məhsul ixrac etmişdi.
“Socar Polymer” MMC isə hesabat dövründə 57 milyon dollarlıq qeyri-neft ixracı reallaşdırıb. Ötən ilə müqayisədə bu göstərici 3.39% azalıb.