BAKI, 30 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan xarici bazarlara 95.3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”da qeyd edilib.
Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 46.2% çoxdur. 2025-ci ilin yanvar-fevral ayında 65,2 milyon dollar dəyərində qızıl ixrac edilib.