BAKI, 30 aprel. TELEQRAF
Azərbaycanda 2012-ci ildə dövlət qeydiyyatına alınan "Qarabağ Taxıl" MMC nizamnamə kapitalının 1 milyon 414 min manat azaldır.
Teleqraf xəbər verir ki, şirkətin kapitalı milyon 52 min 442 manatdan 3 milyon 638 min 442 manata endirilir.
Xatırladaq ki, şirkət niazamnamə kapitalını ötən il iki dəfə azaldıb. 2025-ci ilin iyulunda bu məbləğ 6 milyon 371 min 963 manat azaldılaraq 8 milyon 972 min 387 manata, noyabrında isə 3 milyon 919 min 945 manat azaldılaraq 5.052.442 manata endirilmişdi.
Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə yaradılıb. MMC-nin qanuni təmsilçisi Vüqar Baloğlanovdur.