BAKI, 29 aprel. TELEQRAF
Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Bu barədə Teleqraf-a “BP Azerbaijan”dan məlumat verilib.
Bildirilib ki, şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Bundan əlavə, BP Azərbaycanda fəaliyyətdə olduğu 34 il ərzində öz tərəfdaşları ilə birlikdə icraçısı olduğu neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.