BAKI, 22 yanvar. TELEQRAF
Azərbaycan ərazisində yolların xətlənməsi üçün 36,7 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müsabiqə elan edib.
Müsabiqənin qalibi olacaq şirkət mövcud xətlərin silinməsi, yolların boyadan qabaq dərmanlı su ilə yuyulması, soyuq və termoplastik boya ilə düz xətlərin çəkilməsi və s. işləri görəcək.
Tenderin ehtimal olunan qiyməti 36 milyon 795 min 293,87 manatdır.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 5-nə təyin olunub.