BAKI, 9 dekabr. TELEQRAF

Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 11.450 olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, Muxtar Respublikada həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, qeyri- dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 8 391 vahid artıb.